Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur.
GDP xəbər verir ki, may ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.
Bildirlir: “Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.”
“İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3.4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin 5 ayında 3.2%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.”