Mərkəzi Bankın əməkdaşları Almaniyanın “Bavarian State Mint” şirkətində təcrübə mübadiləsində iştirak ediblər.
GDP x’b’r verir ki, bu səfər çərçivəsində əməkdaşlar metal və qiymətli pul nişanlarının istehsal zonaları, pul blanklarının və istehsal olunmuş pul nişanlarının saxlanc zonaları, istehsal olunmuş pul nişanlarının qablaşdırılması, pul nişanlarının qəliblərinin hazırlanması, onların saxlanılması və məhv edilməsi ilə tanış olublar.
Həmçinin şirkət tərəfindən əməkdaşlara texniki ekspertiza zamanı istifadə olunan avadanlıqların iş prinsipi ilə bağlı ətraflı məlumat verilib.