Ötən rübdə olduğu kimi ipoteka kreditləri üzrə standartlarda sərtləşmə olub.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Qeyd olunub ki, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə daxili ipoteka kreditlərində müşahidə edilib. Banklar ipoteka faiz dərəcələrinin artımı fonunda ipoteka kreditlərinə tələbin azaldığını bildiriblər. Tələbdə azalma daxili ipoteka ilə verilən kreditlər üzrə olub.
Sorğunun nəticələrində bildirilir ki, bankların gözləntilərinə görə növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında sərtləşmə və kredit tələbində azalma trendi davam edəcək.
Sorğu nəticələrinə görə kredit standartlarındakı sərtləşmə və kredit tələbindəki azalma daxili ipoteka ilə verilən kreditlər hesabına olacaq.