Close Menu
    What's Hot

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026
    Trending
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    • Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026
      Recent

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026

      Azərbaycanda məsafədən idarə olunan gəmilərlə bağlı yeni qaydalar

      03 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Mərkəzi Bankın monetar siyasətində sərtləşmə notlar, repo və depozit faizləri necə dəyişib?-Təhlil
    Bank

    Mərkəzi Bankın monetar siyasətində sərtləşmə notlar, repo və depozit faizləri necə dəyişib?-Təhlil

    04 Aprel 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024-cü il ərzində Mərkəzi Bank tərəfindən notların buraxılışı zamanı faiz dərəcələrində tədricən artım müşahidə olunub. Bu tendensiya 2025-ci ildə də davam edib. Xüsusilə 2025-ci ilin yanvar və fevral aylarında göstəricilərə diqqət yetirsək, 28 günlük notlar üzrə faiz dərəcəsi 7.27%, 84 günlük notlar üzrə 7.8%, 168 günlük notlar üzrə 7.3%-8.0%, 252 günlük notlar üzrə isə 7.5%-8.2% səviyyəsində qərarlaşıb. Bu, 2024-cü ilin əvvəli ilə müqayisədə bütün müddətli notlar üzrə əhəmiyyətli artım deməkdir. Belə ki, müqayisə etsək, 2024-cü ilin əvvəlindən 2025-ci ilin fevralına qədər 28 günlük notlar üzrə faiz dərəcəsi 6.60%-dən 7.27%-ə qədər artıb ki, bu da təxminən 10% artım deməkdir. Eyni zamanda, uzunmüddətli notlar üzrə artım daha nəzərəçarpandır – 168 günlük notlar üzrə dərəcə 6.7%-dən 8.0%-ə qalxıb ki, bu 19.4% artım təşkil edir. ( red: Mütləq artım = 8.0% – 6.7% = 1.3 faiz bəndi. Nisbi artım (faizlə) = (1.3 ÷ 6.7) × 100% = 0.194 × 100% = 19.4%. Yəni, 168 günlük notlar üzrə faiz dərəcəsi 1.3 faiz bəndi artıb, bu isə ilkin dəyərə nisbətdə 19.4% artım deməkdir. Bu, digər müddətli notlarla müqayisədə daha yüksək artım tempini göstərir.)

    2025-ci ildə diqqət çəkən məqamlardan biri də repo əməliyyatlarında müşahidə edilən dəyişikliklərdir. Fevral ayında 7 günlük repo hərrac faizi 7.05% təşkil edib və əməliyyatların həcmi 105.60 milyon manata çatıb. Bu, 2024-cü ildə keçirilən repo hərraclarının orta həcmindən əhəmiyyətli dərəcədə yüksəkdir. Belə dinamika Mərkəzi Bankın bank sisteminin likvidliyini tənzimləmək üçün daha fəal siyasət yürütdüyünü göstərir.

    Depozit əməliyyatlarına gəldikdə isə, 2025-ci ildə faiz dəhlizinin yuxarı həddi 8.25%, aşağı həddi isə 6.25% olaraq sabit qalıb. Lakin diqqət çəkən məqam 2025-ci ilin yanvar və fevral aylarında depozit həcmlərinin artmasıdır. Xüsusilə fevral ayında depozit həcmi 1,005.4 milyon manat təşkil edib ki, bu da 2024-cü ildə qeydə alınan göstəricilərdən daha yüksəkdir. 2024-cü ilin yanvar ayında depozit həcmi 1,067.8 milyon manat olub. 2025-ci ilin yanvar ayında bu göstərici 51.0 milyon manata enib. 2025-ci ilin fevral ayında isə kəskin artaraq 1,005.4 milyon manata yüksəlib. Bu statistikadan görünür ki, 2025-ci ilin fevral ayında depozit həcmi yanvar ayı ilə müqayisədə 954.4 milyon manat və ya təxminən 19.7 dəfə artıb. Bu fakt kommersiya banklarının Mərkəzi Bankda daha çox vəsait yerləşdirdiyini göstərir ki, bu da bank sistemində izafi likvidliyin mövcudluğuna dəlalət edə bilər.

    Yenidən maliyyələşdirmə əməliyyatlarında 2025-ci ildə bir qədər azalma müşahidə olunur. 2025-ci ilin fevral ayında yenidən maliyyələşdirmə həcmi 517.6 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlində qeydə alınan 528.9 milyon manatdan təxminən 2.1% azdır. Yenidən maliyyələşdirmə dərəcəsi isə 7.25% səviyyəsində sabitləşib. Bu, Mərkəzi Bankın kommersiya banklarına verilən kreditlər üzrə dərəcəni nisbətən yüksək saxladığını göstərir.

    Ümumilikdə, 2025-ci ilin göstəricilərinə əsasən deyə bilərik ki, Mərkəzi Bank inflyasiya təzyiqlərinə qarşı mübarizə aparmaq və monetar siyasəti sərtləşdirmək strategiyasını davam etdirir. Notlar üzrə faiz dərəcələrinin ardıcıl artımı, repo əməliyyatlarının həcminin yüksəlməsi və depozit həcmlərinin artması fonunda yenidən maliyyələşdirmə həcmlərinin azalması bu siyasətin əsas göstəriciləridir. Belə bir siyasət kursu milli valyutanın sabitliyi və inflyasiyanın mülayim səviyyədə saxlanılması məqsədi daşıyır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.