Ümumilikdə, yarımillik ərzində manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 3% möhkəmlənib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib.
Məlumata görə manatın real effektiv məzənnəsi isə 2.4% ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.