PAŞA Bankın növbəti dividend ödənişinin 2026-cı ilin oktyabr ayının ikinci yarısında həyata keçirilməsi gözlənilir.
GDP xəbər verir ki, bunu bankın Baş maliyyə inzibatçısı Murad Süleymanov 2026-cı ilin yarımillik maliyyə nəticələrinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, dividend ödənişi səhmdarların ümumi yığıncağında təsdiqlənib və iki tranşla həyata keçirilir.
Birinci tranş iyulun 28-də səhmdarların hesablarına köçürülüb. Bu mərhələdə hər səhmə təxminən 2 manat 86 qəpik dividend ödənilib.
M.Süleymanov bildirib ki, növbəti ödənişin 2026-cı ilin oktyabr ayının ikinci yarısında həyata keçirilməsi gözlənilir. İkinci tranş üzrə də hər səhmə təxminən 2 manat 86 qəpik dividend nəzərdə tutulur.
Baş maliyyə inzibatçısı xatırladıb ki, bank IPO zamanı mənfəətin təxminən 30-40%-nin dividend şəklində bölüşdürülməsini hədəflədiyini açıqlamışdı. Cari dividend ödənişinin isə mənfəətin təxminən 60%-nə uyğun gəldiyi bildirilib.
Bankın növbəti il üzrə dividend yanaşması barədə investorlar və ictimaiyyətə ilin sonuna yaxın əlavə məlumat verilməsi planlaşdırılır.

