PAŞA Bankın 2026-cı ilin ilk 6 ayında həyata keçirdiyi valyuta əməliyyatlarının həcmi təxminən 71 milyon təşkil edib.
GDP xəbər verir ki, bunu PAŞA Bankın Baş maliyyə inzibatçısı Murad Süleymanov bankın 2026-cı ilin yarımillik maliyyə nəticələrinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, ötən ilin müvafiq 6 aylıq dövründə bu göstərici 319 milyon təşkil etmişdi.
M.Süleymanov bildirib ki, valyuta bazarında baş verən proseslər bankın müştəri hesablarının strukturuna da təsir göstərib. Belə ki, xarici valyutada olan müştəri hesablarının qalığı təxminən 4,3 milyarddan 4 milyarda düşüb.
Bank rəsmisi xarici valyutada müştəri vəsaitlərinin azalmasını valyuta təchizatının təmin edilməsində bankın aktiv iştirakı ilə əlaqələndirib.

