2024-cü ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.8 mlrd. ABŞ dolları ekvivalentində olub.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib.
Məlumata görə,nağdsız valyuta əməliyyatlarının 81%-i ABŞ dollarında, 19%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28%-i banklararası valyuta bazarında (BVB), 72%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.