“Naxçıvanbank” ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi üçün müraciət ünvanları açıqlanıb.
GDP Azərbaycan Respublikası Mərkəzi bankına istinadən xəbər verir ki,”Naxçıvanbank” ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan MR İdarəsi ilə yanaşı, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərən “Nağd pul ofisi”nə də müraciət etmək imkanı yaradılıb.