Bu il Azərbaycan Dövlət Neft Fondunun AÇG-dən əldə olunan gəlirlər 4,2 milyard dollardan çox olub.
GDP xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 271,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 456,4 milyon dollar və ya 9,7% azdır.