Brent markalı neftin qiyməti bir barel üçün 99 dolları keçib, WTI isə 94 dollardan yuxarı səviyyədə ticarət olunur.
GDP xəbər verir ki,bazar iştirakçıları Fars körfəzi regionundan neft tədarükündə mümkün fasilələr riskini artıq qiymətlərə daxil edirlər.
İran və ABŞ arasında gərginliyin artması Hörmüz boğazından keçən tankerlər üçün daşınma xərclərinə və sığorta haqlarına birbaşa təsir göstərir. Qarşıdurma hələlik diplomatik müstəvidə davam etsə də, treyderlər neft təklifinin fiziki olaraq məhdudlaşa biləcəyi ssenarini indidən nəzərə alırlar.
Mövcud bazar şəraiti rubl və Rusiya büdcəsi üçün əlverişlidir. Lakin neftin bahalaşmasının nə dərəcədə davamlı olacağı qarşıdurmanın birbaşa hərbi toqquşmaya çevrilib-çevrilməyəcəyindən asılıdır. Hazırkı gərginlik davam edərsə, Brent neftinin 100 dollar həddini aşaraq bu səviyyədən yuxarı möhkəmlənməyə cəhd etməsi mümkündür.

