Close Menu
    What's Hot

    Sığorta haqları üzrə liderlər: hansı şirkətlər sığorta bazarının daha böyük hissəsinə nəzarət edir?-Reytinq

    26 Oktyabr 2026

    Hansı sığorta şirkəti müştərilərinə daha çox ödəniş edib?-Sığorta şirkətlərinin reytinqi

    26 Oktyabr 2026

    Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

    26 Oktyabr 2026
    Trending
    • Sığorta haqları üzrə liderlər: hansı şirkətlər sığorta bazarının daha böyük hissəsinə nəzarət edir?-Reytinq
    • Hansı sığorta şirkəti müştərilərinə daha çox ödəniş edib?-Sığorta şirkətlərinin reytinqi
    • Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş
    • Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
    • Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb
    • Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb
    • Merts: Almaniya iqtisadiyyatının təcili dəyişikliklərə ehtiyacı var
    • BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026
      Recent

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026

      PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

      23 Oktyabr 2026

      Dünya mərkəzi bankları qızıl alışını 4 dəfədən çox artırıb

      23 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026

      ABŞ süni intellekt və yarımkeçirici sektorlarına xarici investisiyaları məhdudlaşdırmağa hazırlaşır

      23 Oktyabr 2026

      ABŞ-ın texnologiya şirkətləri bir gündə təxminən 1,2 trilyon dollar dəyər itirib

      23 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026
      Recent

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026

      Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları

      23 Oktyabr 2026

      Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”

      22 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » “Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
    Biznes

    “Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib

    17 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Norm” ASC 2025-ci il üzrə audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Sözügedən ildə ölkədə sement bazarının 3,5% kiçilməsinə baxmayaraq, şirkətin satışdan gəliri əvvəlki illə nisbətdə 6,8% artaraq rekord həddə – 272,9 milyon manata, ümumi mənfəət 2,1% artaraq 132,2 milyon manata çatıb. Şirkətin əməliyyat mənfəəti 80,1 milyon manat, vergiyə qədər mənfəəti 66,4 milyon manat, mənfəət vergisi 16,6 milyon manat təşkil edib. Gəlir artımına şirkətin yeni biznes istiqamətləri də təsir edib. Belə ki, beton məhsullarının satışına görə əldə edilən gəlir 1,1 milyon manatdan 7,2 milyon manata yüksəlib, Storm brendi altında sement əsaslı quru qarışıqlar isə şirkətə ilk ildə 1,3 milyon manat gəlir gətirib. Hesabat ilində şirkət tərəfindən klinker məhsulunun Gürcüstana ixracı davam etdirilib, Türkmənistan və Özbəkistana isə quyu-tamponaj sementinin satışı həyata keçirilib. Beləliklə, 2025-ci ildə də Norm Azərbaycanın sement sənayesində aparıcı mövqeyini qoruyub saxlayıb. Şirkətin CEO-su Henning Sasse qeyd edib: “Norm Sement zavodunun klinker istehsalı gücünü artıraraq, gündəlik 6500 tona çatdırmışıq. Bundan başqa, 2023-cü illə müqayisədə məhsulların keyfiyyət göstəriciləri qorunub saxlanılmaqla, klinker əmsalını 5% optimallaşdırmışıq ki, bu da bizə 76,000 ton klinkerə qənaət etməyə imkan yaradıb. Bu optimallaşdırma sayəsində CO₂ emissiyasının 54,000 ton aşağı salınmasına nail olmuşuq. Karbon ayaq izimizin azaldılmasını Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsinə uyğun şəkildə həyata keçiririk. İnşaat sektorunun ehtiyaclarına cavab verərkən, fəaliyyətimizi dayanıqlı inkişafa sadiqlik prinsipi üzərində qurmaq bizim üçün prioritetdir. Bu yanaşmanı sement istehsalı ilə yanaşı Norm Beton brendi ilə beton məhsullarının, Storm brendi ilə sement əsaslı quru qarışıqların istehsalında da tətbiq edirik. Ötən ilin dekabrından etibarən isə yeni brendimiz Norm Logistics müştərilərə nəqliyyat xidmətləri göstərir və biz logistikada da ekoloji yanaşmanı qoruyub saxlayırıq. Sement istehsalından digər inşaat materialları və əlaqəli xidmət sahələrinə doğru fəaliyyətimizi genişləndirməklə, regionun inşaat materialları istehsalçısına çevrilməyi qarşıya məqsəd qoymuşuq.”

    2025-ci il üzrə maliyyə göstəriciləri barədə məlumatın açıqlanması zamanı şirkətin Maliyyə və Strategiya üzrə Baş direktor müavini Elvin Mirzəyev əlavə edib: “2025-ci il, şirkət strategiyasının real nəticələr hasil etdiyi il oldu. Belə ki, tikinti materialları seqmentində strateji təşəbbüslərə  57 milyon manata yaxın sərmayə qoyuldu. Sərmayəni həm istehsal fəaliyyətimiz, həm də ehtiyatla strukturlaşdırılmış borc vəsaitləri hesabına təmin etdik.  Bu da, 2024-cü ildə qeydə alınmış yüksək mənfəət səviyyəsi ilə müqayisədə 2025-ci ildə vergiyə qədər mənfəətin aşağı düşməsinin başlıca səbəbidir. Bu sərmayələr şirkətimizin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və inşaat materialları istehsalçısına çevrilmək hədəfimizi dəstəkləyir. Bununla belə, Norm ölkənin ən iri vergi ödəyicilərindən biri olaraq qalır və eyni zamanda sosialyönümlü layihələrə əhəmiyyətli resurs ayırmağa davam edir. 2025-ci ildə şirkətin koporativ sosial məsuliyyət layihələrinə xərclədiyi vəsait 5,2 milyon manat təşkil edib.”

    “Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Norm” ASC gəlirlərini 6,8% artıraraq 272,9 milyon manata çatdırıb

    23 Oktyabr 2026

    Azərbaycan və İtaliya sənaye və enerji sahələrində əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib

    22 Oktyabr 2026

    “Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib

    22 Oktyabr 2026

    Türk İnvestisiya Fondu və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti birgə maliyyələşdirmə imkanlarını müzakirə edib

    21 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.