Süni intellekt çipləri bazarının ən böyük oyunçularından biri olan Nvidia-nın rəhbərinin bu yüksək səviyyəli görüşdə iştirakı göstərir ki, texnologiya məsələləri Vaşinqtonla Pekin arasındakı danışıqların əsas mövzularından biri olaraq qalır.
GDP xəbər verir ki, Çin Nvidia üçün ən mühüm bazarlardan biridir. Lakin ABŞ-ın tətbiq etdiyi ixrac məhdudiyyətləri şirkətin bu bazardakı fəaliyyətini illərdir ciddi şəkildə məhdudlaşdırır. Huanqın görüşdə şəxsən iştirak etməsi məhdudiyyətlərin yumşaldılması və ya ən azı Nvidia-nın süni intellekt çiplərinin Çinə satışından əldə etdiyi gəlirin bir hissəsini bərpa etməsi ehtimalını artırır.
Söhbət böyük məbləğlərdən gedir: ixrac qaydaları sərtləşdirilməzdən əvvəl Çin Nvidia-nın gəlirlərində əhəmiyyətli paya sahib idi. Çinə tədarükün yenidən genişləndirilə biləcəyinə dair istənilən müsbət siqnal NVİDİA səhmlərinin qiymətinə ciddi təsir göstərə və bütövlükdə yarımkeçirici sektorunda investor əhvalını dəyişə bilər.

