Nvidia buyback proqramını 235 milyard dollara çatdırıb
ABŞ-ın texnologiya şirkəti Nvidia Corp. səhmlərin geri alınması proqramını əlavə 150 milyard dollar artıraraq ümumi həcmini 235 milyard dollara çatdırıb.
GDP.Az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Qeyd olunur ki, bu, Nvidia tarixində buyback proqramının ən böyük həcmdə artırılmasıdır.
Şirkət genişləndirilmiş proqramı 2028-ci maliyyə ilinin sonunadək, yəni 2028-ci ilin yanvar ayına qədər icra etməyi planlaşdırır.
Nvidia-nın təsisçisi və baş icraçı direktoru Censen Huanq bildirib ki, şirkətin artımı süni intellekt və sürətləndirilmiş hesablama texnologiyalarına keçidlə dəstəklənir.
Onun sözlərinə görə, şirkətin güclü pul axını həm yeni texnologiyalara investisiya qoymağa, həm də səhmdarlara kapital qaytarmağa imkan verir.
Huanq qeyd edib ki, buyback proqramının genişləndirilməsi Nvidia-nın uzunmüddətli inkişaf perspektivlərinə inamını əks etdirir.

