Dünya bazarında “Brent” markalı neftin qiymətində kəskin artım qeydə alınıb.
Məlumata görə “Brent” markalı neftin bir barelinin qiyməti 108,09 dollara yüksəlib. Əvvəlki bağlanışda isə qiymət 103,61 dollar təşkil edib.
Beləliklə, neftin qiyməti əvvəlki bağlanış səviyyəsi ilə müqayisədə 4,48 dollar və ya təxminən 4,3 faiz bahalaşıb.
Gün ərzində neftin qiymətində nəzərəçarpacaq dalğalanmalar müşahidə olunub. “Brent” əvvəlcə 106 dollar səviyyəsinə yüksəlib, sonrakı mərhələdə müəyyən geriləmə yaşasa da, daha sonra bahalaşma sürətlənərək qiyməti 108 dollar həddinin üzərinə çıxarıb.

