Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 87.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.0%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.3%-ni isə digər daxilolmalar təşkil edir.
GDP xəbər verir ki, bu barədə bu, Mərkəzi Bankın açıqladığı 2024-cü ilin I rübü üzrə “Azərbaycan Respublikasının tədiyə balansı”nda bildirilir.
Bildilir ki, ölkəyə göndərilən pul baratlarının həcmi 34.8% azalaraq 294.4 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 0.7% azalaraq 131.5 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 162.9 mln.$ (48.9% azalma) müsbət saldo yaranmışdır.