“PAŞA Kapital” İnvestisiya Şirkəti ilə İnnovasiyalar Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
GDP xəbər verir ki, sənədi “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov imzalayıblar.
Əməkdaşlığın əsas məqsədi maliyyə savadlılığının artırılması, investisiya mədəniyyətinin inkişafı və innovativ təşəbbüslərin dəstəklənməsidir. Memorandum çərçivəsində geniş ictimaiyyət üçün maliyyə və investisiya mövzularında birgə təlimlərin, seminarların, ustad dərslərinin və mentorluq proqramlarının təşkili nəzərdə tutulur.
İmzalanma mərasimində hər iki qurumun nümayəndələri əməkdaşlığın əsas istiqamətlərini və gələcək birgə təşəbbüsləri müzakirə ediblər.
Qeyd edək ki, İnnovasiyalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

