Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
GDP xəbər verir ki, Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;
ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;
üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Trending
- Yeni Şirkətlər Sənaye Zonalarına 224,6 milyon manat investisiya qoyacaq
- Tramp Ağ Evdə lüks rəqs zalı tikməyi təklif edir: 100 milyon dollar dəyərində
- Avropa səhm bazarları daha baha qiymətlərlə açılışa hazırlaşır
- Agentlik rəhbəri: ” Ötən il ərzində zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib”
- Ziya Əliyev Mərkəzi Bankın İdarə Heyətinin sədrinə müşavir təyin edilib
- Qızıl rekord səviyyədə qalır
- Qazaxıstanda Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ilə görüş keçirilib
- Azərbaycanda ən çox dövriyyəsi olan investisya şirkəti hansıdır?-Renkinq (yanvar, 2025)