Azərbaycan Respublikasının Mərkəzi Bankı AMB 2024-cü ilin I rübü ərzində likvidliyin idarə olunması məqsədilə müxtəlif müddətli monetar əməliyyatlarını davam etdirib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının “2024-cü ilin yanvar-mart ayları üzrə Pul Siyasəti icmalı”da məlumat verilib.
İcmalda bildirilir: “Banklar tərəfindən alətlər arasında AMB-nin sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat daha yüksək olub. Belə ki, yanvar-mart aylarında 1 günlük depozit əməliyyatlarının orta həcmi 1071 mln. manat olub”