240 MVt gücə malik olan bu mühüm enerji layihəsinin inşasında Norm Beton həlləri tətbiq edilib.
GDP xəbər verir ki,layihə Azərbaycanın yaşıl enerji strategiyasının inkişafında mühüm addımlardan biri hesab olunur.
Stansiya tam gücü ilə fəaliyyətə başladıqdan sonra ölkədə külək enerjisi istehsalının həcmi dəfələrlə artacaq. Bir külək turbininin istehsal etdiyi enerji təxminən 8 500 evin, ümumilikdə isə stansiyanın gücü 300 000 evin enerji tələbatının qarşılanmasına imkan verəcək. ⚡
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın bərpa olunan enerji potensialının artırılmasına və dayanıqlı gələcəyin qurulmasına mühüm töhfə verəcək.

