Qızıl fyuçerslərinin qiyməti yüksələrək bir unsiya üçün 4 431 dolları ötüb.
GDP xəbər verir ki, qızıl fyuçersləri hazırda 4 431,55 dollar səviyyəsində ticarət olunur. Son sessiyada qiymət 24,25 dollar və ya 0,55% artıb.
Gün ərzində qızılın qiymətində nəzərəçarpacaq dalğalanma qeydə alınıb. Kotirovkalar əvvəlcə 4 450 dolların üzərində hərəkət edib və müəyyən mərhələdə 4 470 dollara yaxınlaşıb. Daha sonra qiymət geriləyərək 4 350 dollar ətrafına düşüb. Son saatlarda isə qızıl yenidən bahalaşaraq 4 430 dollar səviyyəsini keçib.
Qısamüddətli göstəricilər qiymətli metalın qiymətində müəyyən təzyiqin qaldığını göstərir. Belə ki, qızıl son 1 həftədə 1,07%, son 1 ayda isə 0,28% ucuzlaşıb. Bununla yanaşı, son 3 ayda qızıl 7,65% bahalaşıb. Altı aylıq dövr üzrə isə qiymət 14,49% aşağıdır.
Daha uzun müddətli göstəricilər müsbət dinamikanı ortaya qoyur. Qızılın qiyməti son 1 ildə 20,56%, son 5 ildə isə 147,12% yüksəlib.
Ümumi tarixi dövr üzrə artım isə 2,31 min faizdən çox təşkil edir.

