2024-cü ilin 1-ci rübündə ölkəyə fiziki şəxslər tərəfindən daxil olan pul baratlarının həcmi 294 milyon təşkil edib.
GDP xəbər verir ki, bunu “Tədiyə balansının açıqlamasına dair brifinq”də Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin rəhbəri Samir Nəsirov deyib.
O bildirib: “Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan pul baratları ilə bağlı azalma spesifik Rusiya-Ukrayna münaqişəsi ilə bağlıdır. Rusiya Ukrayna münaqişəsindən əvvəlki dövrlərə nəzər yetirdikdə biz pul baratlarında artım müşahidə edirik.Hazırda 2024-cü ilin 1-ci rübündə ölkəyə dail olan pul baratlarının həcmi 294 milyon dollar təşkil edib. Burada Rusiya öz dominantlığını qoruyub saxlayıb.”