Cari ilin ilk 6 ayında Azərbaycanın xarici ticarət balansında təxminən 6,2 milyard ABŞ dolları həcmində profisit yaranıb.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, sözügedən dövrdə Azərbaycanın ixracının həcmi 14,3 milyard dollar, idxalının həcmi isə təxminən 8,1 milyard dollar təşkil edib.
Samir Nəsirovun sözlərinə görə, altı ayın yekunlarında reallaşdırılmış Azərbaycan neftinin orta qiyməti bir barel üçün 94,5 dollar olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 33% artım deməkdir.
Eyni zamanda, reallaşdırılmış Azərbaycan qazının 1 000 kubmetrinin orta qiyməti təxminən 313 dollar təşkil edib. Qazın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 4% artıb.

