Close Menu
    What's Hot

    Sığorta haqları üzrə liderlər: hansı şirkətlər sığorta bazarının daha böyük hissəsinə nəzarət edir?-Reytinq

    26 Oktyabr 2026

    Hansı sığorta şirkəti müştərilərinə daha çox ödəniş edib?-Sığorta şirkətlərinin reytinqi

    26 Oktyabr 2026

    Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

    26 Oktyabr 2026
    Trending
    • Sığorta haqları üzrə liderlər: hansı şirkətlər sığorta bazarının daha böyük hissəsinə nəzarət edir?-Reytinq
    • Hansı sığorta şirkəti müştərilərinə daha çox ödəniş edib?-Sığorta şirkətlərinin reytinqi
    • Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş
    • Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
    • Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb
    • Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb
    • Merts: Almaniya iqtisadiyyatının təcili dəyişikliklərə ehtiyacı var
    • BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026
      Recent

      BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

      24 Oktyabr 2026

      PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

      23 Oktyabr 2026

      Dünya mərkəzi bankları qızıl alışını 4 dəfədən çox artırıb

      23 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026

      ABŞ süni intellekt və yarımkeçirici sektorlarına xarici investisiyaları məhdudlaşdırmağa hazırlaşır

      23 Oktyabr 2026

      ABŞ-ın texnologiya şirkətləri bir gündə təxminən 1,2 trilyon dollar dəyər itirib

      23 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026
      Recent

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026

      Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları

      23 Oktyabr 2026

      Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”

      22 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI
    Biznes

    Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI

    23 İyul 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanda cinayətkar dəstə halında birləşən bir qrup şəxs dövlət portalı vasitəsilə milyonlarla manat vəsaiti leqallaşdırmaqda ittiham olunur.

    GDP xəbər verir ki, çoxepizodlu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.

    Prokurorluqda aparılan ibtidai istintaqla müəyyən edilib ki, Çingiz Cəfərli, Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev və Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırıblar.

    Dəstə üzvlərinin başçısı və fəaliyyəti vahid mərkəzdən idarə edən Çingiz Cəfərli olub. O və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri kimi qeydiyyatdan keçiblər. Onlar vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.

    Dəstə üzvləri dövlət platforması olan Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər.

     

    Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, əmlaka aid hüquqların və onların kimə məxsusluğunun ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 milyon 818 min 630.21 manat məbləğində maliyyə vəsaiti müxtəlif əqdlər həyata keçirilməklə leqallaşdırılıb.

    Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dələduzluq), 193.3.1, 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham irəli sürülüb.

    İş materiallarında yazılıb ki, Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə bütün prosesləri metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən və özlərinin nəzarətində olan yeməkxanadan idarə edib.

    İş üzrə onlarla zərərçəkmiş var. Maraqlıdır ki, onların əksəriyyəti maddi ehtiyacı olan şəxslər, tələbələr, təqaüdçülər, hətta narkotik asılılığı olan şəxslərdir.

    Cinayətkar qrup işə düzəltmək adı ilə onların adına olan “Asan İmza”lardan istifadə etməklə yüzlərlə şirkət açaraq milyonlarla manat vəsaiti nağdlaşdırma məqsədilə istifadə edib, əvəzində isə aztəminatlı şəxslərə qısa müddət cüzi maaş ödəyib. Nəzərdə tutulan məqsədə çatdıqdan sonra isə həmin şəxslərin telefon zənglərinə cavab verilməyib.

    Əslində, bu şirkətlərin sayının 5-8 min arasında olduğu ehtimal edilsə də, istintaq orqanı onların bir qismini müəyyən edə bilib. Zərərçəkənlər müxtəlif şirkətlərin sahibi və ya direktoru olduqlarını yalnız istintaqa çağırılanda biliblər.

    İş üzrə baxış iclası iyulun 31-də keçiriləcək.

    Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Norm” ASC gəlirlərini 6,8% artıraraq 272,9 milyon manata çatdırıb

    23 Oktyabr 2026

    Azərbaycan və İtaliya sənaye və enerji sahələrində əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib

    22 Oktyabr 2026

    “Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib

    22 Oktyabr 2026

    Türk İnvestisiya Fondu və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti birgə maliyyələşdirmə imkanlarını müzakirə edib

    21 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.