SOCAR-ın 2023-cü ildə Petkim kompleksinin fəaliyyətinin optimallaşdırılmasına sərmayələri təqribən 100 milyon dollar təşkil edib.
GDP xəbər verir ki, SOCAR-ın 2023-cü ildə Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına yatırdığı investisiyalar 3,2 milyard türk lirəsi (indiki məzənnə ilə 99,2 milyon dollar) olub.
“Petkim Petrokimya Holding”in 2023-cü ildə fəaliyyətinin yekunlarına dair illik hesabatında verilən məlumatda bildirilir ki, 2022-ci ildə kompleksin inkişafına qoyulan investisiyaların 4 milyard 108 milyon türk lirəsi təşkil etdiyini nəzərə alsaq, ötən ilin yekunlarına görə onların həcmi 22,1% azalıb.
Hesabata görə, 2023-cü ildə “Petkim”in istehsal həcmi 2,3 milyon ton (artım 4,5%) təşkil edib. Hesabat dövründə holdinq 1,88 milyon ton neft-kimya məhsulları satıb (azalma 2,6%). “Petkim”in Türkiyə neft-kimya bazarındakı payı ötən il 12% təşkil edib. Kompleksin istehsal gücündən istifadə əmsalı 2022-ci ildəki 63,9 faizə qarşı 2023-cü ildə 66,1 faiz təşkil edib.
SOCAR Turkey Enerji (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) Petkim Petrokimya Holding neft-kimya kompleksində nəzarət səhm paketinin 51%-inin sahibidir.
Qeyd edək ki, SOCAR-ın “Petkim” kompleksinin inkişafına illik sərmayəsi təxminən 100 milyon dollardır.
Trending
- “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
- Brent neftinin qiyməti 97 dollara düşüb
- Gümüşün qiyməti 61 dolları ötüb
- PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
- ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
- Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
- Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

