Azərbaycanın dövlət enerji şirkəti SOCAR Türkiyənin Bursagaz və Kayserigaz təbii qaz paylama şirkətlərindəki səhmlərinin satışı üçün potensial alıcılarla müzakirələr aparır.
GDP xəbər verir ki, Reuters-in bu barədə olan məlumatına görə, şirkət rəsmi danışıqların ilkin mərhələdə olduğunu təsdiqləyib, lakin mümkün satışın vaxtı barədə ətraflı məlumat verməyib.
Məlumata görə, SOCAR eyni zamanda başqa aktivlərinin də satışı ilə bağlı müzakirələr aparır. Hazırda satış prosesinin təfərrüatları açıqlanmayıb.