Close Menu
    What's Hot

    Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

    23 Noyabr 2026

    Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır

    23 Noyabr 2026

    PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

    23 Noyabr 2026
    pashabank
    Trending
    • Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”
    • Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır
    • PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
    • Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi
    • Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb
    • PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov: “Layihələrin maliyyələşməsi ölkəyə, layihəyə və əməkdaşlığa inamdan irəli gəlir”
    • “PashaPay”in keçmiş biznes üzrə baş direktoru “Innovance Consultancy”nin Azərbaycan üzrə direktoru təyin edilib
    • “Rabitəbank” virtual oyunlar üzrə ödənişləri mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır-Baş direktordan açıqlama
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

      23 Noyabr 2026
      Recent

      Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

      23 Noyabr 2026

      PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

      23 Noyabr 2026

      Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb

      23 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi

      23 Noyabr 2026
      Recent

      Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi

      23 Noyabr 2026

      Azərbaycan elektron hökumətin inkişafına görə dünyada 38-ci yerə yüksəlib- BMT

      20 Noyabr 2026

      Azərbaycanda poçt operatorlarının şikayət indeksi və cavablandırma müddətləri açıqlanıb

      18 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
    Bank

    S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”

    02 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin sonuna olan göstəricilər Azərbaycan bank sektorunda maliyyələşmə strukturunun nisbətən sabit və daxili resurslara əsaslanan model üzrə formalaşdığını göstərir. Pərakəndə depozitlərin artımı, kreditlərin depozitlərə nisbətinin idarəolunan səviyyədə qalması və dollarlaşmanın əhəmiyyətli azalması sektorun likvidlik və dayanıqlılıq baxımından mövqeyini gücləndirən əsas amillərdir. Bu dinamika S&P Global Ratings-in 2026-cı ilin fevralında məlumatda əksini tapır.

    GDP xəbər verir ki, S&P Global Ratings qeyd edir ki, bank sistemində maliyyələşmə sabitliyinin əsas dayaqlarından biri pərakəndə depozitlərin artımıdır. 2025-ci ilin sonuna korporativ depozitlər ümumi portfelin təxminən 56%-ni təşkil edib, qalan hissə isə pərakəndə depozitlərin payına düşüb. Bu struktur bankların daha geniş və parçalanmış müştəri bazasına söykəndiyini göstərir. Pərakəndə vəsaitlər adətən daha stabil hesab olunur və kəskin çıxış riskini azaldır. Bu isə kredit portfelinin davamlı maliyyələşdirilməsi baxımından mühüm üstünlükdür.

    Sistem üzrə kreditlərin əsas müştəri depozitlərinə nisbətinin (ev təsərrüfatı depozitlərinin 100%-i və korporativ depozitlərin 50%-i nəzərə alınmaqla) 130%-dən aşağı qalması da sektorun balanslaşdırılmış inkişaf etdiyini göstərir. Bu göstərici regional analoqlarla müqayisədə əlverişli sayılır və bankların həddindən artıq leverecə getmədiyini, kredit artımının daxili resurslarla dəstəkləndiyini göstərir. Belə nisbət maliyyələşmə risklərini məhdudlaşdırır və likvidlik təzyiqlərinin qarşısını alır.

    Valyuta strukturunda baş verən dəyişikliklər də diqqətəlayiqdir. Depozitlərin dollarlaşma səviyyəsi 2015-ci ilin sonundakı 79%-dən 2025-ci ilin sonuna tədricən azalaraq 32%-ə enib. Bu dinamika milli valyutaya inamın artdığını və valyuta uyğunsuzluğu risklərinin azaldığını göstərir. Dollarlaşmanın aşağı düşməsi bank balanslarında aktiv və öhdəliklər arasında uyğunluğu gücləndirir və makroiqtisadi şoklara həssaslığı azaldır.

    Digər mühüm məqam qeyri-rezident pərakəndə depozitlərin artımıdır. Rusiyadan daxil olan diaspor vəsaitləri hesabına bu depozitlərin payı 2021-ci ilin sonundakı 3%-dən 2025-ci ilin sonuna 9%-ə yüksəlib və təxminən 1,5 mlrd mant təşkil edib. Bu artım bank sisteminə əlavə likvidlik gətirsə də, eyni zamanda xarici faktorların təsirinə müəyyən həssaslıq yaradır. Qeyri-rezident vəsaitləri geosiyasi və iqtisadi dəyişikliklərə daha tez reaksiya verə bilər ki, bu da potensial volatil likvidlik riski deməkdir.

    Bankların əksəriyyəti daxili depozit bazasına əsaslanmaqda davam edəcək. Bu model sabitlik baxımından üstünlük yaratsa da, iri və uzunmüddətli investisiya layihələrinin maliyyələşdirilməsi baxımından müəyyən məhdudiyyətlər formalaşdırır.

    S&P Global Ratings Azərbaycanın bank sektorunun risk balını 8-dən 7-yə yüksəldib və iqtisadi risk trendini “stabil”dən “pozitiv”ə dəyişib. Bu qərar son illərdə institusional çərçivənin gücləndirilməsi, Basel III standartlarına uyğunlaşma, risk əsaslı nəzarətə keçid, IFRS 9-un tətbiqi və stress-test mexanizmlərinin möhkəmləndirilməsi kimi addımlarla əlaqələndirilir. lir.

    Nəticə etibarilə, 2025-ci ilin sonuna olan göstəricilər Azərbaycan bank sektorunun maliyyələşmə modelinin daxili resurslara əsaslanan, dollarlaşma riskini azaldan və kredit artımını nəzarətdə saxlayan bir struktur üzərində qurulduğunu göstərir. Struktur islahatların davamlı və sistemli şəkildə icrası sektorun risk profilinin daha da yaxşılaşmasına şərait yarada bilər.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

    23 Noyabr 2026

    PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

    23 Noyabr 2026

    Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb

    23 Noyabr 2026

    PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov: “Layihələrin maliyyələşməsi ölkəyə, layihəyə və əməkdaşlığa inamdan irəli gəlir”

    22 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.