Sentyabr ayında SWIFT beynəlxalq banklararası maliyyə məlumat mübadiləsi sistemi vasitəsilə həyata keçirilən qlobal ödənişlərdə ABŞ dollarının payı 50%-dən aşağı enib.
GDP xəbər verir ki, sentyabrın yekunlarına əsasən, ABŞ dollarının beynəlxalq ödənişlərdə payı əvvəlki ayla müqayisədə 2,46 faiz bəndi azalaraq 49,63% təşkil edib. Bu, ən azı 2024-cü ilin əvvəlindən bəri dolların payında qeydə alınan ən kəskin aylıq azalmadır.
Bununla yanaşı, digər aparıcı valyutalar qlobal ödənişlərdə ilk altılıqdakı mövqelərini qoruyublar.
Hesabat dövründə avronun payı 21,69%-ə, Britaniya funt sterlinqinin payı isə 6,89%-ə yüksəlib.
Yapon yeninin payı cüzi azalaraq 3,40% təşkil etdiyi halda, Çin yuanının payı 3,33%-ə çatıb.
Ən nəzərəçarpan artım isə Sinqapur dollarında müşahidə olunub. Belə ki, bu valyutanın qlobal ödənişlərdə payı 1,31 faiz bəndi artıb.

