Azərbaycan Mərkəzi Bankının biznes kreditləşməsi üzrə prudensial tələbləri beynəlxalq təcrübə ilə müqayisədə yumşaqdır.
GDP xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
O, bank sektorunda izafi likvidliyin artmasını Mərkəzi Bankın real sektorun kreditləşdirilməsinə sərt tələblər tətbiq etməsi ilə əlaqələndirən fikirlərlə razılaşmadığını bildirib.
AMB sədri xüsusilə kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı və ixrac fəaliyyəti üzrə tələblərin beynəlxalq standartlarla müqayisədə yumşaq olduğunu vurğulayıb.
Taleh Kazımov biznes kreditləşməsini məhdudlaşdırdığı düşünülən konkret müddəalarla bağlı təkliflərin müzakirəsinə hazır olduqlarını qeyd edib.

