“Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə növbəti dəfə görüşdük.”
GDP xəbər verir ki, bunu rəsmi sosial şəbəkə hesabında Azərbaycan Mərkəzi Bankının Taleh Kazımov yazıb.
O bildirib: “Görüş zamanı sektor üzrə ötən rübə dair göstəriciləri və ortamüddətli
perspektivdəki strateji təşəbbüsləri nəzərdən keçirdik.”
Taleh Kazımov əlavə edib: “Həmçinin sığorta sektorunun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıq”