Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın əsas məqsədi yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmamalıdır.
GDP xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev deyib.
“Məqsədimiz yalnız ticarət həcmlərinin artırılması ilə məhdudlaşmamalıdır. Biz ticarəti daha sürətli, daha proqnozlaşdırıla bilən, daha rəqəmsal, daha şaxələndirilmiş və bütün region üzrə biznes və icmalar üçün daha faydalı etməliyik”, – Baş katib bildirib.
K.Omuralıyevin sözlərinə görə, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat və digər bağlantıların yaxşılaşdırılması, institutların gücləndirilməsi və bilik əsaslı sahələrə investisiyaların artırılması qarşıda duran mühüm istiqamətlərdəndir.
O, həmçinin davamlı və inklüziv inkişafın təşviqinin Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın əsas elementlərindən biri olduğunu qeyd edib.

