Tramp bildirib ki, ABŞ yaxın zamanda “tarixində heç olmadığı qədər güclü və zəngin” bir dövlətə çevriləcək və onun planlaşdırdığı dəyişikliklərdən bütün dünya faydalanacaq.
GDP xəbər verir ki, Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı o, həmçinin ölkəni istehsal, süni intellekt və kriptovalyutalar sahəsində “super güc” etmək niyyətində olduğunu vurğulayıb.