Close Menu
    What's Hot

    Premium Bankın 2026-cı il yarımillik hesabatı: xalis mənfəət 47,8% artıb, aktivlər 1,4% azalıb

    14 İyul 2026

    Turanbankın aktivləri 4,8%, kapitalı 4,4%, xalis mənfəəti isə 130,7% artıb

    14 İyul 2026

    Maşınqayırma sahəsində 42 yeni dövlət standartı qəbul edilib

    14 İyul 2026
    Trending
    • Premium Bankın 2026-cı il yarımillik hesabatı: xalis mənfəət 47,8% artıb, aktivlər 1,4% azalıb
    • Turanbankın aktivləri 4,8%, kapitalı 4,4%, xalis mənfəəti isə 130,7% artıb
    • Maşınqayırma sahəsində 42 yeni dövlət standartı qəbul edilib
    • Müştəriləri ən çox şikayət edən banklar açıqlanıb
    • “Aqrar İnnovasiya” ASC 128 min mənfəət göstərib, bəs Bank Respublika-nın 14%-lik kreditləri, 42,5 milyonluq digər gəlir və 5,5% satış azalması fonunda kapital niyə 904 min əriyib?
    • Rabitəbank təhsil işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib
    • Elvin Cuvarov: “Maliyyə sektorunun mərkəzləşdirilmiş kibertəhlükəsizlik sisteminin yaradılması üzrə işlərə başlanılıb”
    • JPMorgan: FED-in faiz dərəcəsi ən azı 2026-cı ilin sonuna qədər dəyişməz qalacaq
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Premium Bankın 2026-cı il yarımillik hesabatı: xalis mənfəət 47,8% artıb, aktivlər 1,4% azalıb

      14 İyul 2026
      Recent

      Premium Bankın 2026-cı il yarımillik hesabatı: xalis mənfəət 47,8% artıb, aktivlər 1,4% azalıb

      14 İyul 2026

      Turanbankın aktivləri 4,8%, kapitalı 4,4%, xalis mənfəəti isə 130,7% artıb

      14 İyul 2026

      Müştəriləri ən çox şikayət edən banklar açıqlanıb

      14 İyul 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin reytinqi: bazar payları və dövriyyə üzrə müqayisəli təhlil

      08 İyul 2026

      Azərbaycan kapital bazarında 2026-cı ilin ilk yarısı: həcmdə azalma, əməliyyat sayında artım və bazarın struktur dəyişikliyi-TƏHLİL

      07 İyul 2026

      “Paşa Kapital”da mühüm təyinat – Orxan Salayev Baş direktor təyin olunub

      03 İyul 2026

      “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib

      30 İyun 2026

      ABŞ-ın neft ehtiyatları gözlənilmədən artdı – bazar təklif artıqlığından narahatdır

      08 İyul 2026

      Braziliyada yağışlar qəhvəni bahalaşdırdı – bir ayda +40%

      07 İyul 2026

      Qlobal bazarlarda ziddiyyətli dinamika – Dollar indeksi yüksəlib, qiymətli metallar geriləyir

      01 İyul 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ-ın neft ehtiyatları gözlənilmədən artdı – bazar təklif artıqlığından narahatdır

      08 İyul 2026

      İnvestisiya şirkətlərinin reytinqi: bazar payları və dövriyyə üzrə müqayisəli təhlil

      08 İyul 2026

      Azərbaycan kapital bazarında 2026-cı ilin ilk yarısı: həcmdə azalma, əməliyyat sayında artım və bazarın struktur dəyişikliyi-TƏHLİL

      07 İyul 2026

      Braziliyada yağışlar qəhvəni bahalaşdırdı – bir ayda +40%

      07 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Aqrar İnnovasiya” ASC 128 min mənfəət göstərib, bəs Bank Respublika-nın 14%-lik kreditləri, 42,5 milyonluq digər gəlir və 5,5% satış azalması fonunda kapital niyə 904 min əriyib?

      14 İyul 2026
      Recent

      “Aqrar İnnovasiya” ASC 128 min mənfəət göstərib, bəs Bank Respublika-nın 14%-lik kreditləri, 42,5 milyonluq digər gəlir və 5,5% satış azalması fonunda kapital niyə 904 min əriyib?

      14 İyul 2026

      Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

      10 İyul 2026

      İyun ayında inflyasiya 5,7% olub

      10 İyul 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Turanbankın aktivləri 4,8%, kapitalı 4,4%, xalis mənfəəti isə 130,7% artıb
    Bank

    Turanbankın aktivləri 4,8%, kapitalı 4,4%, xalis mənfəəti isə 130,7% artıb

    14 İyul 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Turanbankın 30.06.2026 tarixinə aid maliyyə hesabatı göstərir ki, bank hesabat dövründə həm aktivlərin həcmini, həm kapital bazasını, həm də mənfəətini artırmağa nail olub

    Aktivlərdə artım: bankın ümumi miqyası böyüyüb

    Bankın cəmi aktivləri 907,176 min manatdan 951,015 min manata yüksəlib. Beləliklə, artım 43,839 min manat və ya 4,8% təşkil edib. Bu dinamika göstərir ki, Turanbank hesabat dövründə fəaliyyət miqyasını artırıb və resurs bazasını aktivlərə çevirməyi davam etdirib.

    Aktiv strukturunda ən böyük artımlardan biri banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə müşahidə olunur. Həmin göstərici 59,744 min manatdan 123,341 min manata yüksəlib. Artım 63,597 min manat və ya 106,4% olub. Bu qədər yüksək artım onu göstərir ki, bank sərbəst vəsaitlərinin daha böyük hissəsini banklararası bazarda və ya digər maliyyə institutlarında yerləşdirib. Bunun əsas səbəbi kimi bankın likvidlik ehtiyatını gücləndirmək istəyi, kredit portfelinin daha ehtiyatlı idarə olunması və qısamüddətli yerləşdirmələrə üstünlük verilməsi  ola bilər.

    Bunun əksinə olaraq, nağd pul vəsaitləri və ekvivalentləri 107,718 min manatdan 99,377 min manata düşüb. Azalma 8,341 min manat və ya 7,7% təşkil edib. Bu azalma mənfi tendensiya kimi görünməsə də, göstərir ki, bank kassada və ya dərhal istifadəyə hazır formada saxladığı likvid vəsaitin bir hissəsini daha gəlirli istiqamətlərə yönəldib.

    Kredit portfelində azalma və risk yükündə artım

    Müştərilərə verilmiş kreditlərin ümumi həcmi 706,053 min manatdan 699,539 min manata enib. Azalma 6,514 min manat və ya 0,9% olub. Daha əhəmiyyətli azalma isə xalis kredit portfelində müşahidə edilir: xalis kreditlər 674,846 min manatdan 660,654 min manata düşüb. Bu, 14,192 min manat və ya 2,1% azalma deməkdir.

    Xalis portfelin daha sürətli azalmasının əsas səbəbi kreditlər üzrə ehtiyatların artmasıdır. Kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat 31,207 min manatdan 38,885 min manata yüksəlib. Artım 7,678 min manat və ya 24,6% təşkil edib.

    Kredit riski üzrə digər göstəricilər də bunu təsdiqləyir. Vaxtı keçmiş kreditlər 40,356 min manatdır və kredit portfelində xüsusi çəkisi 5,77% təşkil edir. Qeyri-standart kreditlərin ümumi həcmi 69,051 min manat, xüsusi çəkisi isə 9,87%-dir. Bunun 14,312 min manatı qeyri-qənaətbəxş, 37,921 min manatı təhlükəli, 16,819 min manatı isə ümidsiz kreditlərdir. Kreditlər üzrə yaradılmış ümumi ehtiyatların həcmi 47,619 min manatdır. Bu rəqəmlər göstərir ki, bankın kredit portfelində artım deyil, daha çox keyfiyyət amili ön plana çıxıb. Deməli, kredit həcminin azalmasının əsas səbəblərindən biri də ehtiyatlı kredit siyasəti və problemli kreditlərə qarşı daha sərt yanaşmadır.

    Öhdəliklərdə artım: fondlaşdırma genişlənib, amma bahalaşıb

    Bankın cəmi öhdəlikləri 802,369 min manatdan 841,642 min manata yüksəlib. Artım 39,273 min manat və ya 4,9% təşkil edib. Bu, aktiv artımının əsasən öhdəliklər hesabına maliyyələşdirildiyini göstərir.

    Depozitlər üzrə ümumi göstərici isə zəif mənzərə yaradır. Cəmi depozitlər 468,532 min manatdan 462,869 min manata düşüb. Azalma 5,663 min manat və ya 1,2% olub. Lakin struktur baxımından burada fərqli mənzərə var. Fiziki şəxslərin depozitləri 389,289 min manatdan 402,437 min manata yüksəlib. Artım 13,148 min manat və ya 3,4% təşkil edib. Hüquqi şəxslərin depozitləri isə 79,244 min manatdan 60,432 min manata enib. Bu, 18,812 min manat və ya 23,7% azalma deməkdir.

    Bu struktur dəyişiklik onu göstərir ki, bank pərakəndə müştəri bazasında daha dayanıqlı nəticə əldə etsə də, korporativ seqmentdə depozit cəlbi zəifləyib. Hüquqi şəxslərin depozitlərinin azalmasının səbəbi biznes subyektlərinin likvidlik davranışındakı dəyişiklik, bazarda faiz rəqabətinin güclənməsi və ya iri müştərilərin vəsaitlərini alternativ banklara və ya maliyyə alətlərinə yönəltməsi ola bilər.

    Digər tərəfdən, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 142,152 min manatdan 187,297 min manata yüksəlib. Artım 45,145 min manat və ya 31,8% olub. Bu, bankın depozit bazasında yaranan zəifləməni digər borclanma mənbələri hesabına kompensasiya etdiyini göstərir. Lakin bu mənbələr daha bahalı olduğundan, sonradan faiz xərclərinin artmasına birbaşa təsir edib.

    Mənfəətin artıran əsas drayverlər

    Bankın xalis mənfəəti 2,173 min manatdan 5,014 min manata yüksəlib. Artım 2,841 min manat və ya 130,7% olub. Bu, hesabat dövrünün ən mühüm müsbət nəticəsidir. Yəni bank ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfəətini 2 dəfədən çox artırıb.

    Bu artımın əsas səbəblərindən birincisi faiz gəlirlərinin yüksəlməsidir. Faiz gəlirləri 48,601 min manatdan 56,568 min manata çatıb. Artım 7,967 min manat və ya 16,4% olub. Ən böyük töhfə müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərindən gəlib: həmin maddə 44,581 min manatdan 52,911 min manata yüksəlib. Artım 8,330 min manat və ya 18,7% təşkil edib. Bu onu göstərir ki, kredit portfeli həcmcə çox böyüməsə də, gəlirlilik artıb. Səbəb kimi kreditlərin orta faiz dərəcəsinin yüksəlməsi, portfel strukturunun daha gəlirli seqmentlərə yönəlməsi və ya mövcud kreditlər üzrə gəlirliliyin yaxşılaşması göstərilə bilər.

    İkinci mühüm amil qeyri-faiz gəlirlərinin artmasıdır. Bu göstərici 11,523 min manatdan 14,763 min manata yüksəlib. Artım 3,240 min manat və ya 28,1% olub. Burada xüsusilə xarici valyuta əməliyyatlarından gəlirin 6,023 min manatdan 9,613 min manata yüksəlməsi diqqət çəkir. Artım 3,590 min manat və ya 59,6% təşkil edib. Deməli, bankın mənfəət artımında valyuta əməliyyatları ciddi rol oynayıb. Bu da göstərir ki, bank yalnız klassik kredit-depozit modeli ilə deyil, bazar əməliyyatları hesabına da əlavə gəlir formalaşdırıb.

    Üçüncü səbəb ehtiyat xərclərinin azalmasıdır. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 12,104 min manatdan 10,189 min manata düşüb. Azalma 1,915 min manat və ya 15,8% olub. Bu amil mənfəətə birbaşa müsbət təsir edib. Yəni bankın gəlirlərindəki artım qədər, ehtiyat yükünün nisbətən azalması da xalis mənfəətin yüksəlməsinə şərait yaradıb.

    Xərclərdəki dəyişiklik

    Hesabat dövründə bankın  faiz xərcləri 25,208 min manatdan 32,712 min manata yüksəlib. Artım 7,504 min manat və ya 29,8% təşkil edib. Burada xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 5,204 min manatdan 11,573 min manata qalxıb. Artım 6,369 min manat və ya 122,4% olub. Başqa sözlə, fondlaşdırmanın maya dəyəri yüksəlib.

    Depozitlər üzrə faiz xərcləri də 17,586 min manatdan 19,386 min manata yüksəlib. Artım 1,800 min manat və ya 10,2% təşkil edib. Bunun əsas səbəbi bazarda depozit uğrunda rəqabətin güclənməsi və bankların daha yüksək faiz təklif etməsidir. Nəticədə, faiz gəlirləri artsa da, xalis faiz gəliri cəmi 23,267 min manatdan 23,819 min manata yüksəlib. Artım yalnız 552 min manat və ya 2,4% olub.

    Qeyri-faiz xərcləri də artıb. Bu göstərici 20,513 min manatdan 23,379 min manata yüksəlib. Artım 2,866 min manat və ya 14,0% olub. Əmək haqqı və digər kompensasiya xərcləri 11,345 min manatdan 12,672 min manata yüksəlib, yəni 1,327 min manat və ya 11,7% artıb. Ümumi və inzibati xərclər 4,818 min manatdan 5,258 min manata yüksəlib, artım 440 min manat və ya 9,1% təşkil edib. Digər xərclər isə 2,935 min manatdan 3,907 min manata çatıb, artım 972 min manat və ya 33,1% olub. Bu dinamika bankın əməliyyat miqyasının böyüdüyünü göstərir.

    Kapitalın artımı və maliyyə dayanıqlılığı

    Bankın cəmi kapitalı 104,806 min manatdan 109,373 min manata yüksəlib. Artım 4,567 min manat və ya 4,4% olub. Kapital artımının əsas mənbəyi hesabat dövründə əldə olunan mənfəətdir. Kapital dəyişmələri hesabatında bölüşdürülməmiş zərərin 7,437 min manatdan 2,423 min manata qədər azalması da bunu təsdiqləyir. Başqa sözlə, dövr üzrə qazanılmış 5,014 min manat mənfəət kapital bazasını birbaşa gücləndirib.

    Kapital adekvatlığı göstəriciləri də qənaətbəxşdir. I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,58%, məcmu kapitalın adekvatlıq əmsalı 13,45%, leverec əmsalı isə 9,36% təşkil edir. Bu göstəricilər bankın cari mərhələdə kapital dayanıqlığının qənaətbəxş olduğunu göstərir.

    Faiz riski və struktur həssaslıqları

    Faiz riski hesabatına əsasən, faiz dərəcəsinə həssas aktivlər 801,188 min manat, həssas öhdəliklər isə 734,858 min manatdır. Ümumi GAP 66,330 min manatdır. Bu müsbət fərq ümumən bank üçün əlverişli görünür. Bu göstərir ki, faiz dərəcələrinin dəyişməsi müxtəlif müddətlər üzrə bankın marjasına fərqli təsir göstərə bilər.

    Ümumi yanaşmada Turanbank 2026-cı ilin ilk yarısında ümumilikdə müsbət maliyyə nəticələri nümayiş etdirib. Aktivlər 43,839 min manat və ya 4,8%, kapital 4,567 min manat və ya 4,4%, xalis mənfəət isə 2,841 min manat və ya 130,7% artıb. Bu artımın əsas səbəbləri faiz gəlirlərinin yüksəlməsi, xarici valyuta əməliyyatlarından gəlirin kəskin artması və ehtiyat xərclərinin azalması olub.

    Müəllif:Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Premium Bankın 2026-cı il yarımillik hesabatı: xalis mənfəət 47,8% artıb, aktivlər 1,4% azalıb

    14 İyul 2026

    Müştəriləri ən çox şikayət edən banklar açıqlanıb

    14 İyul 2026

    Rabitəbank təhsil işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib

    14 İyul 2026

    Elvin Cuvarov: “Maliyyə sektorunun mərkəzləşdirilmiş kibertəhlükəsizlik sisteminin yaradılması üzrə işlərə başlanılıb”

    13 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.