2026-cı ilin ilk yarısında Azərbaycandan qeyri-rezidentlərə ilkin gəlirlər üzrə ümumilikdə 2,8 milyard dollar ödəniş həyata keçirilib.
GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu məbləğin əsas hissəsini – 2 milyard dollarını xarici investorların gəlirlərinin repatriasiyası təşkil edib. Bunun 1,8 milyard dolları beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya ilə bağlı olub.
Bundan başqa, qeyri-rezidentlərə qiymətli kağızlar üzrə 114,9 milyon dollar, xarici kreditlərdən istifadəyə görə isə 242,8 milyon dollar faiz ödənilib.
Müxtəlif:Aynur Qəniyeva

