Zəngəzur dəhlizi 2028-2029-cu illərdə işə salına bilər.
GDP xəbər verir ki, Türkiyənin İnfrastruktur və Nəqliyyat Naziri Əbdülqadir Uraloğlu TGRT Haber-ə müsahibəsində Qars və İğdır arasında dəmir yolunun tikintisinə ilin sonunda başlanılması və 5 il ərzində başa çatdırılmasını bildirib.
Əbdülqadir Uraloğlu onu da qeyd edib ki, Naxçıvanla Zəngilan arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il davam edə bilər.
O bildirib: “Zəngəzur dəhlizinin açılması Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün mühüm alternativ olacaq”
Uraloğlu dəhlizin İran ərazisindən keçə biləcəyini istisna etməyib.
Nazir bildirib ki, dəhlizin müəyyən hissələri həm İrandan, həm də Ermənistandan keçə bilər.
Trending
- Almaniya şirkətlərinin Ələt Azad İqtisadi Zonasına investisiya imkanları müzakirə olunub
- Bərdədə 10 baş mal-qaranın sığortalanması fermerə 360 manata başa gəlir
- Samsung üçüncü rübdə 79,8 milyard dollar rekord mənfəət əldə edib
- Bakıda maliyyə cinayətləri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq tədbir keçiriləcək
- WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir
- Tim Kuk Apple səhmlərinin bir hissəsini satdı: 64 milyon ABŞ dolları
- Trampın oğulları ilə əlaqəli şirkətlər 6 milyard dollardan çox federal sifariş alıb – ABC
- Brent neftinin qiyməti bir barel üçün 101,98 dollara yüksəlib

