Close Menu
    What's Hot

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026
    Trending
    • Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026
      Recent

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Zəmanət mexanizmində 21,4% artım-İpoteka bazarında struktur dəyişikliyi baş verib
    Bank

    Zəmanət mexanizmində 21,4% artım-İpoteka bazarında struktur dəyişikliyi baş verib

    09 İyul 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İpoteka və Kredit Zəmanət Fondunun 2026-cı ilin yanvar–iyun aylarını əhatə edən statistik göstəriciləri göstərir ki, Azərbaycanda ipoteka bazarında artım tempi əvvəlki illərlə müqayisədə müəyyən qədər zəifləsə də, dövlətin sosial ipoteka siyasəti və mənzil əlçatanlığının artırılmasına yönəlmiş dəstək mexanizmləri daha da güclənir. 2025-ci ilin ilk altı ayında Fondun vəsaiti hesabına ümumilikdə 232,5 milyon manat məbləğində ipoteka krediti verilmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 226,3 milyon manat təşkil edib. Nəticədə ipoteka kreditləşməsinin ümumi həcmi 6,2 milyon manat və ya 2,7 faiz azalıb. Kreditlərin sayında da cüzi enmə müşahidə olunub. Belə ki, ötən ilin eyni dövründə verilən kreditlərin sayı 2272 olduğu halda, bu il həmin göstərici 2242-yə düşüb. Bu isə 30 kredit və ya 1,3 faiz azalma deməkdir. Bu dinamika bazarda ciddi geriləmədən daha çox sabitləşmə meylinin formalaşdığını göstərir. Bazarda baş verən dəyişikliklər daha çox struktur xarakter daşıyır. Belə ki, ipoteka kreditlərinin ümumi həcmində cüzi azalma qeydə alınsa da, güzəştli ipoteka və dövlət zəmanəti proqramlarının əhatə dairəsi genişlənməkdə davam edir.

    Statistik azalmada əsas pay adi ipoteka kreditlərinin üzərinə düşür. Belə ki, 2025-ci ilin ilk yarısında 165,5 milyon manat həcmində adi ipoteka krediti verildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 156,1 milyon manata enib. Nəticədə adi ipoteka kreditlərinin məbləği 9,4 milyon manat və ya 5,7 faiz azalıb. Kreditlərin sayı isə 1483-dən 1418-ə düşərək 65 kredit və ya 4,4 faiz geriləyib. Bu göstəricilər bazar şərtləri ilə verilən ipoteka kreditlərinə çıxışın əvvəlki illə müqayisədə müəyyən qədər məhdudlaşdığını göstərir. Ekspertlər bunu daşınmaz əmlak bazarında qiymət artımı, bankların kredit risklərinin qiymətləndirilməsi zamanı daha ehtiyatlı davranması, borcalanların ödəmə qabiliyyətinə qoyulan tələblərin sərtləşməsi, eləcə də ipoteka limitlərinin idarə olunması ilə əlaqələndirirlər.

    Bununla yanaşı, dövlət tərəfindən dəstəklənən güzəştli ipoteka proqramında artım davam edir. 2025-ci ilin yanvar–iyun aylarında güzəştli ipoteka kreditlərinin həcmi 67 milyon manat olubsa, 2026-cı ilin eyni dövründə bu rəqəm 70,2 milyon manata yüksəlib. Beləliklə, güzəştli ipoteka kreditlərinin məbləği 3,2 milyon manat və ya 4,8 faiz artıb. Kreditlərin sayı da 789-dan 824-ə yüksələrək 35 kredit və ya 4,4 faiz artım göstərib. Bu artım dövlətin sosial yönümlü ipoteka siyasətini daha da gücləndirdiyini və mənzil təminatına ehtiyacı olan əhalinin, xüsusilə də gənclərin və gənc ailələrin dəstəklənməsinin prioritet olaraq qaldığını göstərir.

    Ən ciddi artım isə ipoteka zəmanəti mexanizmində qeydə alınıb. İlkin ödəniş üçün kifayət qədər şəxsi vəsaiti olmayan vətəndaşların ipotekaya çıxış imkanlarını genişləndirmək məqsədilə Fond tərəfindən verilən zəmanətlərin sayı bir il ərzində 1294-dən 1571-ə yüksəlib. Bu, 277 kredit və ya 21,4 faiz artım deməkdir. Zəmanətlərin ümumi məbləği isə 116,8 milyon manatdan 149,9 milyon manata çataraq 33,1 milyon manat və ya 28,3 faiz artıb. Müşahidələr göstərir ki, dövlət zəmanəti mexanizmi son illər ipoteka bazarında getdikcə daha mühüm alətə çevrilir. Xüsusilə ilkin ödəniş imkanları məhdud olan ailələrin mənzil əldə etməsinə yaradılan şərait bazarın sosial funksiyasını daha da gücləndirir.

    Fondun uzunmüddətli fəaliyyətinin nəticələri də diqqət çəkir. Belə ki, 2025-ci ilin ortalarınadək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi həcmi 3,55 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin iyul ayına bu göstərici 3,98 milyard manata çatıb. Bu isə 430 milyon manat və ya 12,1 faiz artım deməkdir. Eyni zamanda, mənzil şəraiti yaxşılaşdırılan ailələrin sayı 54,8 mindən 59 mindən çoxa yüksəlib. Başqa sözlə, son bir il ərzində təxminən 4200-dən çox ailə ipoteka proqramlarından yararlanaraq mənzil sahibi olub ki, bu da 7,7 faizlik artım deməkdir.

    Diqqəti cəlb edən digər məqamlardan biri isə ipoteka kreditlərindən yararlananların sosial tərkibində ciddi dəyişiklik baş verməməsidir. Həm 2025-ci, həm də 2026-cı ildə kredit alanların 67 faizini gənclər və gənc ailələr təşkil edib. Bu göstərici dövlətin mənzil siyasətində məhz bu kateqoriyanı əsas hədəf qrup kimi saxladığını göstərir. Bundan əlavə, 2026-cı ildə verilən kreditlərin təxminən 22 faizinin regionların payına düşməsi ipoteka maliyyələşməsinin yalnız Bakı şəhərində deyil, bölgələrdə də genişləndiyini göstərir. Bu isə regional inkişaf baxımından müsbət tendensiya kimi qiymətləndirilir.

    Ümumilikdə, 2026-cı ilin ilk yarısında ipoteka bazarında müşahidə olunan cüzi azalma bazarın zəifləməsi kimi dəyərləndirilməməlidir. Əksinə, statistik göstəricilər bu sahədə struktur dəyişikliklərinin getdiyini göstərir. Adi ipoteka kreditlərinin həcmi müəyyən qədər azalsa da, güzəştli ipoteka proqramlarının genişlənməsi, dövlət zəmanətlərinin sürətli artımı və ümumi ipoteka portfelinin böyüməsi dövlətin sosial yönümlü mənzil siyasətinin daha da gücləndiyini təsdiqləyir. Mövcud dinamika onu göstərir ki, növbəti dövrdə də ipoteka bazarında əsas prioritet kommersiya kreditlərindən daha çox sosial dəstək mexanizmlərinin genişləndirilməsi və mənzil əlçatanlığının artırılması olacaq. Bu isə həm vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına, həm də ölkənin daşınmaz əmlak bazarının dayanıqlı inkişafına mühüm töhfə verməyə davam edəcək.

    Müəllif:Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.