Zəngəzur dəhlizi 2028-2029-cu illərdə işə salına bilər.
GDP xəbər verir ki, Türkiyənin İnfrastruktur və Nəqliyyat Naziri Əbdülqadir Uraloğlu TGRT Haber-ə müsahibəsində Qars və İğdır arasında dəmir yolunun tikintisinə ilin sonunda başlanılması və 5 il ərzində başa çatdırılmasını bildirib.
Əbdülqadir Uraloğlu onu da qeyd edib ki, Naxçıvanla Zəngilan arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il davam edə bilər.
O bildirib: “Zəngəzur dəhlizinin açılması Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün mühüm alternativ olacaq”
Uraloğlu dəhlizin İran ərazisindən keçə biləcəyini istisna etməyib.
Nazir bildirib ki, dəhlizin müəyyən hissələri həm İrandan, həm də Ermənistandan keçə bilər.
Trending
- “Ümid-Babək” yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb
- Dövlət büdcəsinin neft-qaz gəlirləri 2030-cu ilədək 17% azalacaq
- AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib
- Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq
- “Rabitəbank” 2026-cı ilin i rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
- Mülki dövriyyədə radio avadanlıqları: İKTA 5,091 ədəd üçün icazənin lazım olmadığını bildirib
- Neft Fondu Çin və İndoneziya suveren fondları ilə birgə Çin-ASEAN investisiya platformasında tərəfdaş oldu– 520 milyon dollar cəlb olunub
- Mərkəzi Bank yenilənmiş 100 manatlıq əsginasları tədavülə buraxır

