Xarici bankların və investorların Azərbaycan bank bazarına buraxılmaması ilə bağlı hər hansı siyasət mövcud deyil.
Bunu GDP-yə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib.
O, xarici institusional bankların Azərbaycana buraxılmadığı barədə fikirlərə münasibət bildirərək belə bir məsələnin heç vaxt olmadığını deyib.
“Belə bir məsələ heç bir zaman olmayıb. Bu gün də yoxdur və düşünürəm ki, gələcəkdə də belə nəinki məsələ, heç fikrin özü də mövcud olmayacaq”, – Z.Nuriyev bildirib.
ABA rəhbərinin sözlərinə görə, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunmuş ölkədir və bazarlara açıqdır.
O qeyd edib ki, mövcud tələblər çərçivəsində xarici investorların Azərbaycan bazarına daxil olması hər zaman dəstəklənib və hazırda da dəstəklənir.
Müəllif:Aynur Qəniyeva

