“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.
GDP xəbər verir ki, “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Sedat Yılmaz öz vəzifəsini Uğur Can Ayqına təhvil verib.
Məlumata görə, Uğur Can Ayqın peşəkar karyerasına 2008-ci ildə T.C. “Ziraat Bankası” Daxili Nəzarət və Risklərin İdarə Edilməsi departamentində başlayıb. 2022-ci il iyul ayından bu günədək Risklərin İdarə Edilməsi departamentinə rəhbərlik edən Uğur Can Ayqın bank sahəsində zəngin təcrübəyə malikdir.