Neftin qiyməti kəskin ucuzlaşmağa başlayıb.
GDP xəbər verir ki, OPEC+ ölkələri əvvəllər elan edilmiş planlara uyğun olaraq oktyabrda neft hasilatını artırmağa meyllidirlər.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları 1,16 dollar və ya 1,45% ucuzlaşaraq 78,78 dollar/barelə bərabər olub. Oktyabr Brent fyuçersləri cümə günü sessiyanın sonunda başa çatır. Daha aktiv şəkildə satılan noyabr kontraktları ticarət zamanı 1,86 dollar və ya 2,36% azalaraq 76,96 dollar/barel olub.
Nyu-Yorkun əmtəə birjasında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti həmin vaxta qədər 2,23 dollar və ya 2,94% ucuzlaşaraq 73,68 dollar/barelə bərabər olub.