Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank of Baku” ASC-nin 1 vəzifəli şəxsini 1 500 manat cərimələnyib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumatda bildirilir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub.
Beləliklə, bankın vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq tədbir görülüb.