Hazırda bir korporativ müştərimiz üçün yaşıl istiqraz buraxılışı üzərində işləyirik
GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında, istiqraz buraxılışı ilə bağlı planlarından danışıb. O qeyd edib ki, ümumiyyətlə maliyyələşmə vasitələrindən biri də istiqrazlardır və bank tərəfindən müştərilər üçün müxtəlif maliyyə modelləri təklif edilir.
Nağıyev bildirib ki, PAŞA Bank müştərilərinə həm birbaşa kredit vermək, həm də istiqraz buraxaraq maliyyələşmə təmin etmək imkanı yaradır. O vurğulayıb ki, bu proses müvafiq mərhələlərdən, o cümlədən karbon qiymətləndirilməsindən keçdikdən sonra maliyyələşmənin forması müəyyən olunur. Müxtəlif maliyyə həlləri tətbiq edilə bilər – bir hissəsi yaşıl istiqraz şəklində bazara çıxarıla bilər, digər hissəsi isə birbaşa kredit formasında təqdim oluna bilər.
Bəhruz Nağıyev əlavə edib ki, hazırda investisiya şirkəti ilə birgə bankın bir korporativ müştərisi üçün müəyyən bir məbləğ çərçivəsində yaşıl istiqrazların buraxılması üzərində çalışırıq