2024-cü ilin ilk yarısında Azərbaycan bank sektorunun aktivləri 48%-ni xalis kredit portfeli təşkil edib.Azərbaycan bank sektorunun aktivləri 2024-cü ilin ilk yarısında 2,4% (1,15 milyard manat) artaraq 50,3 milyard manat təşkil edib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib.
Aktivlərin 48%-ni xalis kredit portfeli, 27%-ni likvid aktivlər, 25%-ni isə digər aktivlər təşkil edir. Bank sektorunun aktivlərinin genişlənməsinə əsas səbəb əhalinin bank sisteminə olan inamı fonunda fiziki şəxslərin depozitlərinin artması olub.
Hesabata əsasən, öhdəliklər də 2,3% (971 milyon manat) artaraq 44 milyard manata çatıb. Bank sektorunun inkişafı Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli bir göstəricidir.