Haqq və komissiya xərcləri qeyri-faiz xərclərinin artımının əsas səbəbi olub.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-faiz xərclərinin 33%-ni təşkil edən haqq və komissiya xərcləri 2024-cü ilin I yarısı ötən ilin eyni dövrünə nisbətdə 40% (122 mln. manat) artmışdır.
Bunun da əsas səbəbi nağdsız əməliyyatların artması və rəqəmsallaşmanın dərinləşməsi ilə yanaşı bankların keşbek kimi məhsulları olmuşdur.