İdarə etdiyi aktivlərin həcminə görə dünyanın ən böyük Amerika investisiya şirkəti BlackRock Inc üçüncü rübdə xalis mənfəətini 2%, gəlirini isə 15% artırıb.
GDP xəbər verir ki, BlackRock-un idarə olunan aktivləri 26% artaraq rekord 11,48 trilyon dollara çatıb.
Son rübdə BlackRock fondlarına xalis vəsait axını 221 milyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.
Ekspertlər bu rəqəmi orta hesabla 160 milyard dollar proqnozlaşdırıblar.
2024-cü ilin iyul-sentyabr aylarında şirkətin xalis gəliri əvvəlki ilin eyni dövründəki 1,6 milyard dollar və ya hər bir səhm üçün 10,66 dollar ilə müqayisədə 1,63 milyard dollar və ya hər səhm üçün 10,9 dollar təşkil edib. Bu rəqəm üçün analitik konsensus proqnozu hər səhm üçün 9,98 dollar təşkil edib.
BlackRock-un rüblük gəliri, ekspertlərin orta hesabla 5 milyard dollar proqnozu ilə il ərzindəki 4,52 milyard dollardan rekord səviyyəyə – 5,2 milyard dollara yüksəlib.
BlackRock səhmləri cümə günü bazar əvvəli ticarətdə yüksəlir. Bu ilin əvvəlindən onların dəyəri 17,7% artıb.