Qızılın qiyməti bir unsiya üçün 2748 dollara yüksələrək yeni rekorda imza atıb.
GDP xəbər verir ki, qızıl bahalaşmaqda davam edir qiymətli metalın qiyməti bazar ertəsi hərracda rekordunu yenilədi.
Dekabr qızıl fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 13:40-ə 1 troya unsiyası üçün 2 746,9 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,6% çoxdur. Əvvəllər ticarət zamanı qiymətli metalın qiyməti bir unsiya üçün 2748 dollara qalxıb.
Təhlükəsiz sığınacaq aktivlərinə tələbin artması fonunda qızıl bahalaşır. Treyderlər regionda münaqişənin genişlənməsindən ehtiyat edərək Yaxın Şərqdə baş verən hadisələri diqqətlə izləyirlər.
ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı qeyri-müəyyənlik də qiymətli metala tələbi dəstəkləyir.