Məşhur investor Uorren Baffetin “Berkshire Hathaway” holdinqi üçüncü rübdə iri alışlardan çəkinməklə yanaşı, ən böyük səhm paketlərini də azaldıb.
GDP xəbər verir ki, şirkət “Apple”dakı səhmlərinin 25 faizini və “Bank of America”dakı səhmlərinin 23 faizini satıb. Nəticədə “Berkshire Hathaway”in nağd pul ehtiyatı 325,2 milyard dollara çataraq rekord həddə yüksəlib.
Bu addım bazardakı qeyri-müəyyənlik şəraitində Baffetin ehtiyatlı mövqe tutduğunu göstərir. İnvestor şirkətlərin yüksək qiymətləndirilməsi səbəbindən yeni investisiyalar etməkdən çəkinir.