Azərbaycan banklarında problemli kreditlərin həcmi azalıb, lakin proqnozlar artım göstərir.
GDP xəbər verir ki, “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozunda məlumat verilib.
GDP xəbər verir ki, “S&P Global Ratings” proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi ümumi kredit portfelinin 3.0% təşkil edəcək. Bu göstərici növbəti illərdə də artım dinamikası göstərərək 2025-ci ildə 3.2%-ə, 2026-cı ildə isə 3.4%-ə çatacaq.
Kredit itkiləri sahəsində də 2024-cü il üçün 1.2% səviyyəsində göstərici proqnozlaşdırılır və bu rəqəmin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir.
Qeyd edək ki, ötən illərlə müqayisədə (2022-ci ildə 3.6%, 2023-cü ildə 2.6%) problemli kreditlərin həcmində artım müşahidə olunur ki, bu da bank sektorunda risklərin artmasına işarə edir.