Avropanın ən böyük telekommunikasiya operatoru Deutsche Telekom və Bankhaus Metzler artıq enerji resurslarından istifadə edərək Bitcoin mayninqi layihəsinə start verib.
GDP xəbər verir ki, “Rəqəmsal Monetar Fotosintez” adlı pilot layihə enerji şəbəkələrinin sabitləşdirilməsi üçün məlumatların təmin edilməsini hədəfləyir.
Layihənin texniki tərəfdaşı Metis Solutions GmbH şirkətidir. Bitcoin mayninq konteyneri Almaniyanın Backnang şəhərində yerləşən RIVA Engineering GmbH-da quraşdırılıb.
Layihə çərçivəsində şirkətlər istifadə olunmayan enerji resurslarından Bitcoin mayninqi üçün istifadə edəcək. Bu, həm enerji resurslarından səmərəli istifadəyə, həm də şəbəkənin sabitliyinə töhfə verəcək.