Çin son üç ildən sonra ilk dəfə dollar istiqrazları buraxacaq.
GDP xəbər verir ki, Çin hökumətinin 2 milyard dollara qədər olan bu istiqrazları Ər-Riyadda yerləşdirməsi gözlənilir.
Çin son dəfə 2021-ci ildə dollar istiqrazları buraxıb.
Ekspertlər isə bildirir ki, Çin gələn il Amerika valyutasında yenidən istiqraz bazarına qayıda bilər. Çin hökumətinin bu addımı dünya maliyyə bazarlarındakı dəyişiklikləri və ölkənin maliyyə siyasətinin yenilənməsini əks etdirir.
Dollar istiqrazlarının buraxılması Çinin amerikan valyutasında maliyyələşməyə olan marağını göstərir.